ÇıxışYolu.Com - Azərbaycanda ilk dizayn məktəbi fəaliyyətə başladı

ÇıxışYolu.Com – Azərbaycanda ilk dizayn məktəbi fəaliyyətə başladı

Baxış sayı: 2. 533 dəfə baxılıb.

Azərbaycanda ilk dizayn məktəbi “Azərbaijan Digital Arts School (ADAS)” artıq fəaliyyətə başlayıb.

Yeni yaradılan məktəbin əsas məqsədi qrafik ve veb dizayn, eləcə də kodlaşdırma sahəsini inkişaf etdirmək və standartları yüksəltməkdir.  Burada dizayn işi akademik səviyyədə tədris olunur. Tədrisə həm incəsənət, həm də elmi tərəfdən yanaşılır, professionallar tərəfindən aparılır.

Layihənin ideya müəllifləri Elmibəy və  Rəşad Qafarzadə və təsisçisi Əli Mirzəyev ADAS haqqında məlumat verərkən onun artıq Azərbaycanda ilk rəqəmsal məktəb olduğunu və tələbələrin tədris olunan fənnlər üzrə professional biliklərə yiyələnə biləcəklərini vurğulayırlar.

“ADAS” da dərslər ümumilikdə coder və qrafik dizayn olmaqla, iki istiqamətdə həyata keçirilir.

Dərslər əsasən qrafik dizayn – softing (Adobe Photoshop,  Adobe Illustrator, Adobe InDesign, Adobe After Effects),  qrafik dizaynın tarixi, illustrasiya, sketching, montion qrafik dizayn fakültələri üzrə tədris olunur.

Veb üzrə isə  Frontend (HTML, CCS, Javascript) və Backend (PHP və MySQL) tədris edilir.

Qrafik dizayn üzrə dərslər dünya üzrə aparıcı qrafik dizayn məktəblərinin tədris sistemi əsasında keçilir.

Təhsil haqqını ödədikdən sonra tələbələrə istədikləri dərsdə azad şəkildə iştirak imkanı yaradılır.

Bununla yanaşı  tipoqrafiyanın əsasları təcrübəli lektorlar tərəfindən tədris olunur. Tədris 13 yaşdan 16-də qədər və 16-dən yuxarı olmaqla 2 yaş qrupu üzrə aparılır:

Dərslərə arzu edən hər kəs şəxs yazıla bilər.

Tədris müddəti ümumilikdə 3 ildir. Bir illik kursu bitirənlərə sonda şəhadətnamə, tam 3 illik təhsil müddətini bitirən məzunlara isə sonda diplom təqdim ediləcək. Eləcə də, məktəbi yüksək nəticələrlə bitirən tələblərin işlə təmin edilməsinə şərait yaradılacaq.

Tədris müddəti oktyabrdan iyun ayınadək davam edəcək.

Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 108

Əlaqə nömrəsi: (012) 408-54-34, (050/055) 306-54-34.

https://www.facebook.com/adasium/

https://adas.az/

 

www.ÇıxışYolu.Com