Qax rayonunda inək üzərində qeysəriyyə əməliyyatı aparılıb.
ÇıxışYolu.Com ATV-yə istinadən xəbər verir ki, rayonunun Qaradolaq kəndində heç bir şərait olmadan doğum zamanı ölüm ayağında olan inək üzərində qeysəriyyə əməliyyatı edilib.
Qaradolaq kənd sakini Füzuli Rəşidovun təsərrüfatdakı inəklərdən biri doğum müddətində çətin anlar yaşayıb.
İlk dəfə bala verən heyvan qarnındakı bala ilə birgə tələf olmaq təhlükəsi ilə üzləşib. Heyvanın təbii yolla doğa bilməyəcəyini görən təsərrüfat sahibi baytar həkimə müraciət edib.
Baytar həkim Hamlet Abbasov inəyə baxış keçirərkən onun çanaq sümüklərinin yetərincə genişlənmədiyi üçün təbii yolla doğa bilməyəcəyini müəyyənləşdirib:
“Heyvan qeysəriyyə etdim və 25 sm-lik bir yarıqla buzov azad olundu. İlk günlər inəkdə yerimə və qidalanma zəif olsa da artıq bu proses də arxada qalıb. Hazırda müvəqqəti olaraq südü az olsa da inək və balası normaldır”.
Təsərrüfat sahibləri hələlik yeni doğulmuş buzovu əlavə südlə təmin edirlər.