ÇıxışYolu.Com - Azərbaycanda su kanalı yaxınlığında raket tapıldı

ÇıxışYolu.Com – Azərbaycanda su kanalı yaxınlığında raket tapıldı

Baxış sayı: 2. 464 dəfə baxılıb.

ÇıxışYolu.Com - Azərbaycanda su kanalı yaxınlığında raket tapıldı

Xocavənd rayonunun 500 ailəlik qəsəbə ərazisində partlamamış hərbi sursat tapılıb.

Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) ÇıxışYolu.Com-a verilən məlumata görə, Agentliyin mütəxəssisləri və DİN-in Xocavənd rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə ərazidə su kanalının yaxınlığına baxış keçirilib. 

Aparılan operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən iki ədəd PQ-7S raketi aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Raketlərin tapıldığı yerin ətrafında 500 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

www.ÇıxışYolu.Com