ÇıxışYolu.Com - Azərbaycanda sürücü uşaqları baqajda daşıdı

ÇıxışYolu.Com – Azərbaycanda sürücü uşaqları baqajda daşıdı

Baxış sayı: 2. 365 dəfə baxılıb.

ÇıxışYolu.Com - Azərbaycanda sürücü uşaqları baqajda daşıdı

Şəmkirdə sürücü avtomobilin yük yerinə üç azyaşlını yerləşdirib.

ÇıxışYolu.Com-ın xəbərinə görə, görüntüləri “Xəzər TV” yayıb.

Kadrlardan aydın olur ki, “57 BH 291” dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü salonda yer olmadığından yük yerinə üç azyaşlı oğlan uşağını mindirib.

Uşaqların həyatını təhlükəyə atan sürücü, bu vəziyyətdə yolda bir neçə kilometr hərəkətdə olub.

O, hətta uşaqlara hava gəlsin baqajın qapısını açıq qoyub. 

Uşaqlar isə arxadan gələn sürücünün onları çəkdiyini görən kimi əl etməyə başlayıblar.

www.ÇıxışYolu.Com