ÇıxışYolu.Com - Azərbaycandan gedən yük maşınları Rusiyaya buraxılmadı

ÇıxışYolu.Com – Azərbaycandan gedən yük maşınları Rusiyaya buraxılmadı

Baxış sayı: 3. 142 dəfə baxılıb.

ÇıxışYolu.Com - Azərbaycandan gedən yük maşınları Rusiyaya buraxılmadı

Azərbaycandan Rusiyaya gedən yük maşınları dörd gündür ki, bu ölkənin gömrük xidməti tərəfindən Dağıstan ərazisində saxlanılıb.

ÇıxışYolu.Com-ın xəbərinə görə, bu barədə “Qafqazinfo”ya sürücülər məlumat veriblər. 

Onlar bildirirlər ki, maşınlar Dağıstan ərazisindəki Cənub Gömrük Terminalından buraxılmır. Təxminən 150-ə yaxın yük maşını içi dolu yüklə gömrükdə qalıb. 

Sürücülər deyirlər ki, onlar Azərbaycandan alma, xiyar-pomidor, göyərti və digər kənd təsərrüfatı məhsullarını Rusiya bazarlarına aparırlar. Ancaq gömrük rəsmiləşdirilməsi aparılmır və heç bir səbəb göstərilmir. 

“Artıq bəzi sürücülərin yanacaqları da tükənmək üzrədir. Yük maşınlarında olan məhsul xarab olmasın deyə soyuduculardan istifadə olunur və buna görə də yük maşınları gecə-gündüz işlək vəziyyətindədir. Bizə bununla bağlı heç bir açıqlama vermirlər, nə gedə bilirik, nə də ki geriyə qayıda bilirik”.

www.ÇıxışYolu.Com