ÇıxışYolu.Com – Azərbaycanın iki gimnastı Moskvada medal qazandı

Baxış sayı: 4. 210 dəfə baxılıb.

Dekabrın 24-dən 26-dək Rusiyanın paytaxtı Moskvada idman gimnastikası üzrə açıq uşaq birinciliyi baş tutub.

ÇıxışYolu.Com-ın məlumatına görə, bu yarışda 300 idmançı arasında Azərbaycandan da gimnast mübarizə aparıb.

Sevindirici haldır ki, iki qardaş olan idmançılarımız qonşu ölkədə Azərbaycan bayrağını qaldıra bilib. Hüseyn Xəlilov 8-10 yaşlılar üzrə, Əli Xəlilov isə 10-12 yaşlılar arasında mübarizə aparıb. Hüseyn qızıl, Əli isə gümüş medal qazanıb.

Qeyd edək ki, hər iki idmançımızın məşqçisi üçqat SSRİ çempionu, Qarabağ müharibəsi veteranı Zakir Mehdiyevdir.

Səbuhi MUSAYEV

www.ÇıxışYolu.Com