ÇıxışYolu.Com - Azərbaycanlı aparıcı xərçəngə qalib gəlib

ÇıxışYolu.Com – Azərbaycanlı aparıcı xərçəngə qalib gəlib

Baxış sayı: 2. 543 dəfə baxılıb.

ÇıxışYolu.Com - Azərbaycanlı aparıcı xərçəngə qalib gəlib

Hüquqşünas və eyni zamanda, aparıcı kimi tanınan Zülfiyyə Bayramova xərçəng xəstəliyinə qalib gəldiyini elan edib.

ÇıxışYolu.Com xəbər verir ki, uzun müddət mədə xərçəngindən əziyyət çəkən Zülfiyyə Bayramova hər zaman özünə inamı və pozitivliyi ilə diqqət çəkərək, amansız xəstəliklə mübarizə aparıb və qalib gəlib.

Bu barədə o özünün “Instagram” səhifəsində məlumat verib:

“Allaha min şükür! Sən çox böyüksən, ya Rəbbim! Doqquz aylıq müharibənin sonu və mən qalibəm! Dua yazan əllərinizdən öpürəm, qarşınızda baş əyirəm. Hələlik sevincimdən söz tapa bilmirəm. Sizi sevirəm”.

Zülfiyyə Bayramova aparıcı İlqar Mikayıloğlunun həyat yoldaşıdır. Dörd oğlu var.