ÇıxışYolu.Com - Azərbaycanlı bloqer Bakıda izdiham yaratdı

ÇıxışYolu.Com – Azərbaycanlı bloqer Bakıda izdiham yaratdı

Baxış sayı: 2. 630 dəfə baxılıb.

ÇıxışYolu.Com - Azərbaycanlı bloqer Bakıda izdiham yaratdı

Rusiyada yaşayan azərbaycanlı bloqer Hüseyn Həsənov Bakıya gəlib.

ÇıxışYolu.Com xəbər verir ki, “28 Mall” AVM-də sevənləri ilə görüş təşkil edən bloqerin gəlişi izdihama səbəb olub.

Belə ki, minlərlə adam onu görmək üçün ticarət mərkəzinə axışıb.

Həsənov bir neçə ölkədə olsa da, ilk dəfədir ki, belə bir izdihamla qarşılaşdığını bildirib.

O, görüntüləri sosial media hesabından yayımlayıb. Qeyd edək ki, Rusiyanın ən populyar videobloqerlərindən olan Həsənovun “Instagram”da yeddi milyon izləyicisi var. 

.
www.ÇıxışYolu.Com