ÇıxışYolu.Com – Azərbaycanlı boksun gələcəyini müəyyən edəcək

Baxış sayı: 3. 804 dəfə baxılıb.

Azərbaycan Boks Federasiyasının (ABF) vitse-prezidenti, Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AIBA) İcraiyyə Komitəsinin üzvü Süleyman Mikayılova beynəlxalq federasiya növbəti dəfə böyük etimad göstərib. 

ÇıxışYolu.Com xəbər verir ki, ABF rəsmisi bundan sonra AIBA büro üzvü kimi də fəaliyyətini davam etdirəcək.

Beynəlxalq təşkilatın ən ali qurumu hesab olunan büroda cəmi yeddi nəfər çalışacaq. Bunlar AIBA prezidenti Qafur Rəhimov, iki vitse-prezident və İcraiyyə Komitəsinin dörd üzvüdür. AIBA rəhbərinin təqdimatı ilə İcraiyyə Komitəsinin üzvlərinin təsdiq etdikləri “yeddilik” dörd il müddətinə bu vəzifəni icra edəcək.

Büro dünya boksunda ən vacib məsələləri – bu idman növünün gələcəyini müəyyən etmək, qanunların dəyişməsi, maliyyə məsələlərinə nəzarət, həmçinin idarəetməni müzakirə edərək, İcraiyyə Komitəsinin gündəliyinə çıxarmaq səlahiyyətinə sahibdir.

Qeyd edək ki, ABF-in vitse-prezidenti Süleyman Mikayılov bu hüquqa ikinci dəfə yiyələnib. O, 2013-cü ildə də beş nəfərdən ibarət olan büroda eyni vəzifəni daşıyıb.

www.ÇıxışYolu.Com