“Ukrayna-Azərbaycan vətənpərvərlərinin və müharibə iştirakçıları qardaşlığı”nın nümayəndəsi, könüllü, Ukrayna Milli Qvardiyasının Milli Qəhrəman, general S.Kulçiçski adına taborun azərbaycanlı hərbçisi Vidadi İsrafilov Ukraynanın Müdafiə günü ilə əlaqədar Kiyevin Obolonsk rayonunun 210 saylı məktəbinin şagirdləri və Boris Qrinçenko adına dövlət universitetinin jurnalistika fakültəsinin tələbələri ilə Səməd Vurğun adına kitabxanada görüş keçirib.
ÇıxışYolu.Com xəbər verir ki, məktəblilər bayram çərçivəsində Vidadi İsrafilov və onun döyüş yoldaşı İvan Taturovun şərəfinə vətənpərvərlik mövzusunda interaktiv əyləncəli proqram hazırlayıblar.
Görüş dialoq formasında keçirilib, uşaqlar digər millətlərin nümayəndələrinin Ukrayna cəmiyyətinə inteqrasiyası ilə yaxından maraqlanıblar.
Vidadi İsrafilov vətəni və adət-ənənələri, Ukraynada yaşayan azərbaycanlılar, Azərbaycan diasporunun Ukrayna xalqına və dövlətinə sevgisindən danışıb.
Həmçinin, Vidadi İsrafilov Ukrayna-Azərbaycan dostluğunun və qardaşlıq münasibətlərinin dərin tarixinin olduğunu deyib. Məktəblilər və tələblərlə görüş müsbət notda başa çatıb.
ÇıxışYolu.Com yeniləndi!