ÇıxışYolu.Com – Azərbaycanlı futbolçunun toyundan görüntülər

Baxış sayı: 2. 991 dəfə baxılıb.

ÇıxışYolu.Com - Azərbaycanlı futbolçunun toyundan görüntülər

“CBC Sport” telekanalında efirə gedən “Foto+” verilişinin yeni mövsümə olan növbəti buraxılışı efirə gedib. 

ÇıxışYolu.Com xəbər verir ki, verilişin budəfəki qonaqları futbolçu qardaşlar – “Neftçi”nin forvardı Mirabdulla və “Zirə”nin yarımmüdafiəçisi Mirsahib Abbasovlar olub.

Eyni peşə sahibi olsalar da, qardaşlar xasiyyətcə bir-birindən fərqlənirlər. Verilişdə 23 yaşlı Mirabdulla yeni döyməsini nümayiş etdirib: 

“Bu, sayca üçüncü döyməmdir. Eskizi də mənə məxsusdur. Bundan əlavə, mahnı oxuyub, rəqs etməyi sevirəm. Geyimə gəldikdə, uşaq vaxtı qardaşımın paltarlarını geyinirdim. İndi isə özüm seçirəm”.

Nisbətən sakit təbiətli 25 yaşlı Mirsahib isə həyatının ən önəmli günündən, nikahından söz açıb: 

“Mənim toyum onunla seçilir ki, məclis ailə arasında baş tutub. Adətən, bizim toylarda 300-400 nəfər adam olur. Bizdə isə qonaq sayı az olub. Evləndiyim xanımı beş ilə yaxındır tanıyıram. Ona görə düşünmürəm ki, həyatımızda dəyişiklik olar”.

Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com