ÇıxışYolu.Com – Azərbaycanlı idmançı dopinqdə “ilişdi”

Baxış sayı: 2. 791 dəfə baxılıb.

ÇıxışYolu.Com - Azərbaycanlı idmançı dopinqdə “ilişdi”

Azərbaycan Ağır Atletika Federasiyasının daha bir idmançısının dopinqinin müddəti açıqlanıb.

ÇıxışYolu.Com xəbər verir ki, +105 kq çəki dərəcəsində bu il Azərbaycan çempionu olmuş Azər Məmmədlinin qanında etioxolanolon maddəsi tapılıb.

O, dörd illik cəzalandırılıb. Məmmədlinin cəzası bu ilin iyulun 17-dən hesablanıb və 2022-ci ilin müvafiq tarixində başa çatacaq.

Qeyd edək ki, Azər Məmmədlidən başqa, hazırda səkkiz ağırlıqqaldıranımız – İntiqam Zairov, Valentin Xristov, Firudin Quliyev, Dadaş Dadaşbəyli, Silviya Anqelova, Elxan Əliqulizadə, İsa RüstəmovAnastasiya İbrahimli cəzalı durumdadır. İlk altı idmançımızın cəzası 2015-ci ildən, son iki atletimizin cəzası isə ötən ildən hesablanmağa başlayıb.

Səbuhi MUSAYEV

www.ÇıxışYolu.Com