ÇıxışYolu.Com - Azərbaycanlı keçmiş qonşusunun dükanına basqın etdi

ÇıxışYolu.Com – Azərbaycanlı keçmiş qonşusunun dükanına basqın etdi

Baxış sayı: 3. 596 dəfə baxılıb.

ÇıxışYolu.Com - Azərbaycanlı keçmiş qonşusunun dükanına basqın etdi

Türkiyənin Çanaqqala rayonunun Bayramiç qəsəbəsində 40 yaşlı azərbaycanlı Çağlar D. tüfənglə keçmiş qonşusunun zərgərlik dükanına basqın edib. 

ÇıxışYolu.Com Türkiyə KİV-ə istinadla xəbər verir ki, o, tüfəngin dəstəyi ilə qonşusu Hüseyn Kartozun başına zərbələr endirib. 

Bu zaman Kartoz dükanda Çağlarla əlbəyaxa olub. Dükan sahibi oğrunu itələyərək, küçəyə çıxarıb. 

Ətrafdakıların köməyilə oğru zərərsizləşdirilib və hadisə yerinə polis çağırılıb. 

Azərbaycanlının əvvəllər həmin dükanın yaxınlığında döymə sənəti ilə məşğul olduğu açıqlanıb. 

www.ÇıxışYolu.Com