Azərbaycanlı məşqçi Türkiyə klubunda çalışmağa başlayıb.
ÇıxışYolu.Com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə İkinci Liqasında çıxış edən “Darıca Gənclərbirliyi” klubu baş məşqçi Müjdat Yalmanla yollarını ayırıb.
Bundan sonra klubun azərbaycanlı sahibi Rauf İsmayılov azərbaycanlı məşqçi Asim İbrahimovu kluba dəvət edib.
Ötən mövsümdə “Adanaspor”da fəaliyyət göstərən İbrahimovun ikinci Türkiyə klubu “Darıca Gənclərbirliyi” olub.
Asim İbrahimov əvvəllər ölkəmizdə MOİK, “Qaradağ Lökbatan”, “İnter”, “Turan” və “Neftçi”, Ukrayna İkinci Liqasını təmsil edən “Podolye” (Xmelnitski) klublarında çalışıb.