ÇıxışYolu.Com - Azərbaycanlı model dünyaca məşhur “Cosmopolitan” jurnalında

ÇıxışYolu.Com – Azərbaycanlı model dünyaca məşhur “Cosmopolitan” jurnalında

Baxış sayı: 2. 402 dəfə baxılıb.

ÇıxışYolu.Com - Azərbaycanlı model dünyaca məşhur “Cosmopolitan” jurnalında

Dünyaca məşhur “Cosmopolitan” jurnalının Türkiyə bölməsi oraya altı müxtəlif ölkədən köçüb karyera quran modellərdən müsahibə alıb.

ÇıxışYolu.Com xəbər verir ki, onların sırasında azərbaycanlı model Elxan Əliyev də yer alıb.

Bir ildir Türkiyəyə köçdüyünü bildirən model jurnala müsahibəsində aktyor olmaq istədiyini deyib.

“Gəlməmişdən öncə Azərbaycanda Türkiyə kanallarına baxırdım. Düşündüm ki, mənim üçün maraqlı təcrübə olacaq. Burada yaşamağı sevdim və qalmağa qərar verdim. Hazırda aktyor olmaq üçün çalışıram”, – deyə Elxan bildirib.

Qeyd edək ki, Elxan Əliyev Ziynet Sali, İrem Derici kimi müğənnilərin klipində də rol alıb. 

Türkiyənin məşhur eynək brendlərinin birinin reklam çarxında çəkilib və fotoları qardaş ölkənin müxtəlif bölgələrində bilbordlara vurulub.

.
www.ÇıxışYolu.Com