ÇıxışYolu.Com – Azərbaycanlı veteran səkkizinci dəfə dünya çempionu oldu

Baxış sayı: 2. 947 dəfə baxılıb.

Meksikanın Kankun şəhərində veteran cüdoçular arasında dünya çempionatına start verilib. 

ÇıxışYolu.Com xəbər verir ki, yarışın ilk günü Azərbaycan millisi üçün uğurlu olub.

Ölkəmizi dünya çempionatında təmsil edən veteran cüdoçu Fərhad Rəcəbli M-6 kateqoriyası üzrə 90 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək, qızıl medal qazanıb. Fərhad Rəcəbli Rusiya, ABŞ və Braziliyadan olan güclü rəqiblərini məğlub edərək, mundialın ən güclüsü adına layiq görülüb.

ÇıxışYolu.Com - Azərbaycanlı veteran səkkizinci dəfə dünya çempionu oldu

Qeyd edək ki, bu, idmançımızın usta cüdoçular arasında qazandığı səkkizinci çempionluqdur.

Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com