ÇıxışYolu.Com - “Azərsu” leysan yağışlarına hazırdır?

ÇıxışYolu.Com – “Azərsu” leysan yağışlarına hazırdır?

Baxış sayı: 2. 828 dəfə baxılıb.

ÇıxışYolu.Com - “Azərsu” leysan yağışlarına hazırdır?

Bakıda bir müddət əvvəl yağan leysan yağışları nəticəsində yaranan problem aradan qaldırılır.

Bunu ÇıxışYolu.Com-a açıqlamasında “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı bildirib. 

Onun sözlərinə görə, Bakıda yağan leysan xarakterli yağışlar nəticəsində bir sıra problemlər yaranıb:

“Yağış yollarda, tikinti meydançalarında olan qum, palçıq və bir sıra məişət tullantılarını sularla birgə bizim xətlərə və kollektorlara gətirib. Artıq güclü yağış yağan gündən başlayaraq, həm Bakı Su-Kanal İdarəsi, həm də Rayon Su-Kanal İdarələri xətlərin yuyulması ilə məşğuldurlar.


Gecə saatlarında şəhərin mərkəzi küçələrində, gündüzlər isə isə ətraf ərazilər – Babək, Nəcəfqulu Rəfiyev, Xətai prospekti və digər istiqamətdə işlər davam etdirilir. Bakı Su-Kanal İdarəsi iri diametrli kollektorların yuyulması, Rayon Su- Kanal İdarəsi isə kanalizasiya baxış quyularının təmizlənməsi və yuyulması işlərini həyata keçirir”.

Anar Cəbrayıllı bildirib ki, ASC xüsusi texnikalardan istifadə edir ki, xətlər yüksək təzyiqlə yuyulsun və məişət tullantıları təmizlənsin:

“2012-2014-cu illərdə gördüyümüz işlər nəticəsində elə kollektorlar var idi ki, onların tam ötürücülük qabiliyyəti 30-40 faziə düşmüşdü. Gördüyümüz işlər nəticəsində tam ötürücülük qabiliyyətini bərpa etdik”.

ASC rəsmisi qeyd edib ki, hər il yağış barmaqlıqları yuyulur ki, güclü yağışlar zamanı tam gücü ilə işləsin. 

İlhamə Əbülfət
www.ÇıxışYolu.Com