Bərdə rayonunda kütləvi dava olub.
ÇıxışYolu.Com “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Lək kəndi yaxınlığındakı meşədə baş verib.
Bərdə Rayon Mərkəzi Xəstəxanasından bildiriblər ki, Bərdə rayon Qaradəmirçi kənd sakinləri – Nurlan Əlikram oğlu Ramazanov və qardaşları Sərxanla Orxan, habelə onların yaxın dostu Elnur Dəmir oğlu Qurbanov kəsilmiş-deşilmiş bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Xəsarət alanlardan ikisi reanimasiya, digərləri isə cərrahiyyə şöbəsinə yerləşdirilib. Onların vəziyyəti orta-ağır kimi qiymətləndirilir.
Faktla bağlı Bərdə rayon Polis şöbəsində əməliyyat qrupu yaradılıb, hadisəni törədən şəxsin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Araşdırma aparılır.