ÇıxışYolu.Com - “Bəxt üzüyü”nün “Seda”sının “ana”sı danışdı

ÇıxışYolu.Com – “Bəxt üzüyü”nün “Seda”sının “ana”sı danışdı

Baxış sayı: 3. 047 dəfə baxılıb.

ÇıxışYolu.Com - “Bəxt üzüyü”nün “Seda”sının “ana”sı danışdı

ARB TV-nin “Düz bazar” verilişində bu dəfə övladları tərəfindən qocalar evinə atılan valideynlər barəsində müzakirə baş tutub.

ÇıxışYolu.Com-ın məlumatına görə, qonaq qismində iştirak edən “Bəxt üzüyü” filminin “Seda”sı kimi məşhurlaşan Firəngiz Rəhimbəyovanın mənəvi anası Sona Rəhimbəyova aktrisadan ağızdolusu danışıb:

“Anası rəhmətə gedib, ona 15 il analıq etmişəm. Tək övladım, öz doğma qızım isə evimi satdı və məni burada atıb İsrailə getdi. Nəvəmi də apardı, nəvəmə həsrət qaldım. Amma Firəngiz gəlib mənə baş çəkir. Mənə deyir ki, “gəl, səni aparım özümlə”.

Mən razı olmadım. Burada anadan olub, burada böyümüşəm, bura mənə rahatdır. Firəngiz isə tez-tez zəng edib məni axtarır. Bilirsiniz, o mənə necə dayaq durur?! Çox qayğıma qalır”.

ÇıxışYolu.Com yeniləndi!

.

.