ÇıxışYolu.Com - Badamdar sürüşmə sahəsində aktivlik davam edir

ÇıxışYolu.Com – Badamdar sürüşmə sahəsində aktivlik davam edir

Baxış sayı: 2. 612 dəfə baxılıb.

ÇıxışYolu.Com - Badamdar sürüşmə sahəsində aktivlik davam edir

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan qərargahın mütəxəssisləri Badamdar sürüşmə sahəsində monitorinqi davam etdirirlər.

Qərargahdan ÇıxışYolu.Com-a verilən məlumata görə, sürüşmə ərazisində aparılan tədqiqatların saat 21:00-a olan nəticəsinə əsasən ərazidə aktivlik davam edir. 

Sürüşmə kütləsinin torpaq qatının kənarlarında çatlar müşahidə edilir, ara-sıra uçqunlar baş verir.

12.27

Hava şəraiti ilə əlaqədar sürüşmə zonasında uçqunların davam edəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan ÇıxışYolu.Com-a verilən məlumata görə, sürüşmə zonasında saat 12:00-a olan monitorinqlərin nəticəsinə əsasən,  gecədən yağan yağış ərazidə aktivlik dinamikasını artırıb.

Yağan yağış asılı qalmış torpaq qatında kütlələrin islanaraq ağırlaşması nəticəsində yamac boyu hərəkəti artırıb. Hava şəraiti ilə əlaqədar uçqunların davam edəcəyi gözlənilir.

09:32

Badamdar sürüşmə zonasında aktivlik dinamikası dayanmayıb.

Bu barədə ÇıxışYolu.Com-a Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan məlumat verilib.

Məlumatda qeyd  edilir ki, sürüşmə zonasında saat 09:00-a olan monitorinqlərin nəticəsinə əsasən, yol istiqamətinə tökülmüş torpaq qatında artım müşahidə edilib:

“Yağan yağış asılı qalmış torpaq qatında kütlənin ağırlaşmasına səbəb olub. Ara-sıra uçqunlar baş verir”.

İlhamə Əbülfət
www.ÇıxışYolu.Com