Dünyadakı cinayətlərin statistikasını müqayisə edən “Service Numbeo” cinayətlərin sayına görə 2018-ci ilin şəhərlərinin reytinqinin siyahısını dərc edib.
ÇıxışYolu.Com xəbər verir ki, mütəxəssislər 327 şəhərdə cinayətkarlığın səviyyəsini analiz edib və BƏƏ-nin paytaxtını Abu-Dabinin dünyanın ən təhlükəsiz şəhəri olduğunu bildiriblər.
Bu şəhərdə cinayətkarlıq indeksi 13,63 faiz, təhlükəsizlik indeksi isə 86,37 faiz olub.
Onu Qətərin Doha şəhəri (cinayətkarlıq indeksi 14,48 faiz) və İsveçrənin Bazel şəhəri (16,01 faiz) izləyir.
Təhlükəsiz şəhərlər siyahısında ilk onluğu Sinqapur (16,23%), Qvebek (14,43%), Osaka (16,77%), Tokio (16,86%), Bern (17,24%), Münhen (17,45%) və Sürix (19,01) qapayıb.
Bakı 345 şəhər arasında bu siyahıda 62-ci olub. Paytaxtımızda cinayətkarlığın səviyyəsi 28,94 faizdir. Bu nəticə ilə Bakı Ankaranı (42,30%) və Moskvanı (43,95) qapaqlayıb.
ÇıxışYolu.Com yeniləndi!