Bu gün İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında Avropa Liqasının 1/16 final mərhələsinin püşkatma mərasimi keçirilib.
ÇıxışYolu.Com xəbər verir ki, püşkatmada qrup mərhələsində ilk iki yeri tutan komandalarla yanaşı, Çempionlar Liqasının qrup üçüncüləri də iştirak ediblər.
Püşkatmanın nəticələri belədir:
“Viktoriya” (Çexiya) – “Dinamo” (Xorvatiya)
“Brüqqe” (Belçika) – “Zalsburq” (Avstriya)
“Rapid” (Avstriya) – “İnter” (İtaliya)
“Slaviya” (Çexiya) – “Genk” (Belçika)
“Krasnodar” (Rusiya) – “Bayer” (Almaniya)
“Sürix” (İsveçrə) – “Napoli” (İtaliya)
“Malmö” (İsveç) – “Çelsi” (İngiltərə)
“Şaxtyor” (Ukrayna) – “Ayntraxt” (Almaniya)
“Seltik” (Şotlandiya) – “Valensiya” (İspaniya)
“Renn” (Fransa) – “Betis” (İspaniya)
“Olimpiakos” (Yunanıstan) – “Dinamo” (Ukrayna)
“Latsio” (İtaliya) – “Sevilya” (İspaniya)
“Fənərbaxça” (Türkiyə) – “Zenit” (Rusiya)
“Sportinq” (Portuqaliya) – “Vilyarreal” (İspaniya)
BATE (Belarus) – “Arsenal” (İngiltərə)
“Qalatasaray” (Türkiyə) – “Benfika” (Portuqaliya)
Qeyd edək ki, 1/16 final mərhələsinin ilk oyunları fevralın 12-14-də, cavab qarşılaşmaları 20-21-də keçiriləcək.
Xatırladaq ki, UEFA Avropa Liqasının cari mövsümkü finalı Bakı Olimpiya Stadionunda baş tutacaq.
ÇıxışYolu.Com yeniləndi!