ÇıxışYolu.Com – Bakı sakini 11 manata görə dostunu bıçaqladı

Baxış sayı: 6. 192 dəfə baxılıb.

ÇıxışYolu.Com - Bakı sakini 11 manata görə dostunu bıçaqladı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Zakir Bünyatovun cinayət işi üzrə məhkəmə başlayıb. 

ÇıxışYolu.Com-ın xəbərinə görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. 

İttihama münasibət bildirən Z.Büynatov özünü təqsirli bilib. 

O, sərbəst ifadə verərək deyib ki, dostu Məlik Hüseynovu pul üstündə bıçaqlayıb:

“Məndən 11 manat pulu borc istəmişdi, mən də verdim. Ancaq bir ay keçsə də, qaytarmadı. Buna görə ona zəng etdim, pulumu geri qaytarmasını tələb etdim. Ancaq o, bunun əvəzində məni söydü, pulu verməyəcəyini dedi. Buna görə əsəbiləşib, onu görüşə çağırdım və orada bıçaqladım”. 

Proses yanvarın 17-də davam etdiriləcək.

Etibar Məmmədov

www.ÇıxışYolu.Com