ÇıxışYolu.Com - Bakı sakinlərinə Yeni il yolkası neçəyə başa gələcək?

ÇıxışYolu.Com – Bakı sakinlərinə Yeni il yolkası neçəyə başa gələcək?

Baxış sayı: 3. 759 dəfə baxılıb.

Hər il olduğu kimi, bu il də Yeni ilin gəlişi ilə əlaqədar paytaxtın müxtəlif istiqamətlərində, xüsusilə metrostansiyaların çıxışlarında Yeni il yarmarkaları təşkil olunub. Ənənəvi olaraq bayramın simvolları yolka, qar qız və şaxta baba almaq üçün ötən ilə nisbətən daha çox pul xərcləməli olacaqsız.

Bu il evdə yeni il yolkası qurmaq üçün minimum 50 manat pul xərcləmək lazım olacaq.

ÇıxışYolu.Com paytaxtın Nəriman Nərimanov və 28 May metrostansiyalarındakı yarmarkalardan olan reportajı təqdim edir.

Paytaxtda yan-yana çoxlu yarmarkalar qurulub. Hər tərəf rəngli işıqlar, bəzəkli yolkalar və şaxta babalarla doludu. Amma diqqət etsək paytaxt sakinlərinin yarmarkalar arasında daha çox alış-veriş etdikləri çadrları görə bilərik. Elə isə 28 May metrostansiyasının çıxışında ən çox üz tutulan çadra üz tutduq. Satıcılar şəkillərinin çəkilməsini istəməsələr də suallarımızı cavablandırdılar. Onlar da etiraf edir ki, bu ilki qiymətlərlə ötən illə müqayisədə fərqlər var.

Alıcılar isə qiymətlərin baha olduğundan şikayətlənib, endirim tələb edirlər. Alıcılardan biri deyir ki, yolka alırsan bəzəkləri qalır, bəzək alırsan yolka qalır. İkisini eyni anda almaq ciddi məbləğ tələb edir.

ÇıxışYolu.Com - Bakı sakinlərinə Yeni il yolkası neçəyə başa gələcək?

Satıcılar qiymətlərdən və məhsulların çeşidlərindən ağız dolusu danışdılar. Bütün satıcılar öz mallarını digər yarmarkalarda satılan mallardan daha keyfiyyətli və daha münasib olduğunu deyirlər. Bu gün yeni il yarmarkalarında satılan məhsulların ortalama qiymətləri ilə sizi tanış edək:

Yeni il yolkalarının qiyməti ölçüsünə görə dəyişir. Stolüstü suvenir yolkalar 3 manatdan 9 manata, digərləri isə hündürlüyünə görə, 35 manatdan 150 manata kimi bahalaşır.

ÇıxışYolu.Com - Bakı sakinlərinə Yeni il yolkası neçəyə başa gələcək?

Yolkanın üzərini bəzəmək üçün istifadə olunan oyuncaqları həm tək-tək almaq olur, həm də qutu ilə. Tək-tək müxtəlif bəzəklər 50 qəpikdən 1 manata qədər dəyişir. Qutu şəklində satılanlar isə sayına görə dəyişir. İçərisində 4 ədəd oyuncaq olan qutunun qiyməti 3 manatdan 5 manatadək,  6 dənəli 12 manatdan 17 manatadək, 9 dənəli 15 manat, 25 dənəli 18 manatdan 20 manatadək, 30 dənəli oyuncaqların qiymətləri isə 22 manatdan 30 manatadək dəyişir.

ÇıxışYolu.Com - Bakı sakinlərinə Yeni il yolkası neçəyə başa gələcək?

Kiçik şaxta baba və qar qız suvenirlərinin qiymətləri müvafiq olaraq 3 manatdan 18 manata və 6 manatdan 11 manata qədər dəyişir. Yolka üçün nisbətən sadə görünüşlü, balaca bir bəzəyi 1 manata, 1.50 manata ala bilərsiniz. Zərlər isə çeşidlərindən asılı olaraq 0,50 qəpikdən 2,50 qəpiyə qədər olan qiymətlərlə təklif olunur.

ÇıxışYolu.Com - Bakı sakinlərinə Yeni il yolkası neçəyə başa gələcək?

Ən bahalı aksessuarlar sırasında yolka işıqları gəlir. Uzunluğuna görə qiyməti dəyişən yolka işıqlarını minimum 8 manata (10 metr), maksimum isə 35 manata (10 metr) ala bilərsiz. 25 metr uzunluğundan olan yolka işıqlarının qiyməti isə 15 – 20 manat arasında dəyişir.

ÇıxışYolu.Com - Bakı sakinlərinə Yeni il yolkası neçəyə başa gələcək?

Yolkanın üzərinə qoyulan ulduzu 3 manata almaq olar. Əgər işıqlarının yanmasını istəyirizsə, gərək 10 manata satılan ulduzlardan alasınız. Qapıdan asılan aksessuarlar, şəkillərin qiyməti isə 2 manatdan 7 manata qədər dəyişir.

ÇıxışYolu.Com - Bakı sakinlərinə Yeni il yolkası neçəyə başa gələcək?

Şaxta baba və qar qız paltarları (ölçüdən asılı olaraq) 8-13 manat, yeni il papaqları 3 manat, corab şəkilli xurcunlar isə 6-9 manat arası dəyişən qiymətlərlə satılır.

ÇıxışYolu.Com - Bakı sakinlərinə Yeni il yolkası neçəyə başa gələcək?

Satıcının sözlərinə görə, ümumilikdə sadə bir yolkanın bəzədilməsi üçün azı 100-147 manatınızdan, sanballı, gözəgəlimli yeni il yolkası üçün isə 213 manatınızdan keçməli olacaqsınız. Kiçik ölçüdə hazır bəzəkli yolkanı isə sadəcə 15 manata ala bilərsiniz.

Satıcılar 150 manatlıq bazarlıq edən alıcıya 15-20 manata qədər endirim etdiklərini də deyirlər. 

ÇıxışYolu.Com - Bakı sakinlərinə Yeni il yolkası neçəyə başa gələcək?

N.Nərimanov metrostansiyasının çıxışında qurulan yeni il yarmarkalarında da qiymətlər demək olar ki, eyni idi. Yarmarkalar arasında fərq yerləşdikləri ərazilərdən də asılı olaraq dəyişir. Paytaxtın mərkəzindəki qiymətlərlə müqayisədə bir qədər kənarda qiymətlər daha münasibdir. Bunu da alıcılar deyir.  

ÇıxışYolu.Com - Bakı sakinlərinə Yeni il yolkası neçəyə başa gələcək?

Oyuncaqlar və suvenirlər isə çeşid-çeşid olduğu üçün qiymətlər arasında fərqlər çoxdur. Ümumilikdə isə hər bir ailə yarmarkalardan münasib  qiymətə istədiklərini ala bilər.

Könül Cəfərli

Fotolar: Ramil Zeynalov

www.ÇıxışYolu.Com

ÇıxışYolu.Com yeniləndi!