ÇıxışYolu.Com - Bakı və Sumqayıtda 100-ə yaxın mənzili yaran şəxs ələ keçdi

ÇıxışYolu.Com – Bakı və Sumqayıtda 100-ə yaxın mənzili yaran şəxs ələ keçdi

Baxış sayı: 3. 680 dəfə baxılıb.

ÇıxışYolu.Com - Bakı və Sumqayıtda 100-ə yaxın mənzili yaran şəxs ələ keçdi

Bakıda mənzillərdən və saxlanc yerlərindən silsilə oğurluqlar edən paytaxt sakini Zaur Süleykin saxlanılıb.

Bu barədə ÇıxışYolu.Com-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Araşdırma zamanı onun evlərin pəncərələrini və dəmir barmaqlıqlarını sındıraraq pul, qızıl-zinət əşyaları, habelə təmir-tikinti alətləri oğurlaması müəyyən edilib.

Z.Süleykinin ətrafında həyata keçirilən əlavə tədbirlələ onun paytaxtın müxtəlif rayonları, həmçinin Sumqayıt şəhəri ərazilərində bu ilin əvvəlindən saxlanılana qədər 100-ə yaxın mənzildən oğurluq etdiyi məlum olub. O, istintaqa verdiyi ifadəsində təkcə Xətai rayonunda 25 mənzildən oğurluq etdiyini etiraf edib.

Qeyd edək ki, Z. Süleykin oğurluq yolla əldə etdiyi qızıl-zinət əşyalarını paytaxtın müxtəlif ərazilərində yerləşən ticarət mərkəzlərində satıb.

Faktla bağlı cinayət işi başlanılıb, əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

www.ÇıxışYolu.Com