ÇıxışYolu.Com - Bakıda 14 saylı Vəkil Bürosunun yeni ofisi istifadəyə verildi

ÇıxışYolu.Com – Bakıda 14 saylı Vəkil Bürosunun yeni ofisi istifadəyə verildi

Baxış sayı: 2. 541 dəfə baxılıb.

ÇıxışYolu.Com - Bakıda 14 saylı Vəkil Bürosunun yeni ofisi istifadəyə verildi

Bu gün Vəkillər Kollegiyasının rəhbərliyi aparılmış əsaslı təmirdən sonra Bakı şəhəri 14 saylı Vəkil Bürosunun açılış mərasimində iştirak edib. 

ÇıxışYolu.Com xəbər verir ki, Vəkillər Kollegiyasının sədri Anar Bağırov, sədr müavinləri Aydın AxundovPərviz Ələkbərovu büroda aparılmış yenidənqurma işləri ilə tanış edən büronun müdiri Telman Qasımov görülmüş işlər barədə məlumat verib, vəkillərin fəaliyyət göstərməsi üçün lazımı şəraitin yaradıldığını, konfidensial görüş otaqlarının ayrıldığını, o cümlədən büronun müasir kompüter və digər avadanlıqlarla təchiz olunduğunu bildirib. 

Vəkillər Kollegiyasının sədri Anar Bağırov büroda aparılmış təmir işlərini yüksək qiymətləndirib, vətəndaşlara yüksək keyfiyyətli və peşəkar hüquqi yardımın göstərilməsi üçün vəkillərin iş şəraitinin və fəaliyyət göstərdikləri yerlərin yüksək standartlara cavab verməsinin əhəmiyyətini, bu məsələnin Azərbaycan Respublikası Prezidentinin 22.02.2018-ci il tarixli sərəncamında da öz əksini tapdığını bildirib, respublika ərazisində fəaliyyət göstərən bütün vəkil qurumlarının maddi-texniki vəziyyətinin yaxşılaşdırılması istiqamətində aparılan işlər barəsində məlumat verib.

Bundan başqa, görüş zamanı büroda fəaliyyət göstərən vəkillərin iştirakı ilə iclas keçirilib, Kollegiya rəhbərliyi vəkillərin peşə fəaliyyəti zamanı üzləşdikləri problemləri və təkliflərini dinləyib, onlara Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən son dövrlərdə görülən tədbirlər, qarşıda duran işlər barədə məlumat verilib, vəkilləri maraqlandıran suallar cavablandırılıb. 

www.ÇıxışYolu.Com