ÇıxışYolu.Com - Bakıda ağır qəza: şirkət maşını iki yerə bölündü

ÇıxışYolu.Com – Bakıda ağır qəza: şirkət maşını iki yerə bölündü

Baxış sayı: 3. 370 dəfə baxılıb.

ÇıxışYolu.Com - Bakıda ağır qəza: şirkət maşını iki yerə bölündü

Bir neçə dəqiqə öncə paytaxtın Qaradağ rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. 

ÇıxışYolu.Com xəbər verir ki, hadisə zamanı özəl şirkətlərdən birinə məxsus yük avtomobili yolda üzərində radar aparatı yerləşdirilmiş dəmir konstruksiyaya çırpılıb. 

Qəzadan sonra avtomobil iki yerə bölünüb və maşında olan yüklər yol kənarına dağılıb. Hadisə zamanı xəsarət alanlarla bağlı məlumat yoxdur. 

Qəza nəticəsində avtomobilə və yol təsərrüfatına ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Samir İsayev
www.ÇıxışYolu.Com