ÇıxışYolu.Com - Bakıda avtomobil qəza törətdi

ÇıxışYolu.Com – Bakıda avtomobil qəza törətdi

Baxış sayı: 3. 011 dəfə baxılıb.

ÇıxışYolu.Com - Bakıda avtomobil qəza törətdi

Bu gün saat 15.00 radələrində Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

ÇıxışYolu.Com xəbər verir ki, yüksək sürətlə hərəkət edən 10 MR 245 dövlət nömrə nişanlı “Tofaş” markalı minik avtomobili Əhməd Rəcəbli küçəsi ilə Fətəli Xan Xoyski küçəsinin kəsişməsində işıqforun qırmızı işığına məhəl qoymayaraq 90 GA 360 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobilə çırpılıb. 

“Mercedes” markalı avtomobil isə zərbədən ağaca çırpılıb.

Hadisə şahidinin sözlərinə görə, avtomobildə azyaşlı uşaq da olub.

Qəza nəticəsində ölən olmasa da, yüngül bədən xəsarətləri alanlar var.

Hadisə ilə bağlı araşdırma aparılır.

Sail Ağasəlimoğlu, Hüseyn Həsənov

www.ÇıxışYolu.Com