Dünən Bakıda baş verən dəhşətli qəzanın təfərrüatı məlum olub.
ÇıxışYolu.Com-ın məlumatına görə, Nobel prospektində “Hyundai” markalı avtomobil sürət həddini aşıb və elektrik dirəyinə çırpılıb.
Nəticəsində maşının arxa təkəri partlayıb və iki hissəyə ayrılıb. Həmin vaxt cəsədlər maşından çölə çıxıb.
Avtomobili 24 yaşlı Anarın idarə etdiyi bildirilir. Cəsədi tanınmaz hala düşən şəxsin adı Hafizdir. O, Qəbələ rayon sakinidir. Evin tək oğludur.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov ÇıxışYolu.Com-a bildirib ki, dünənki dəhşətli hadisədə dörd nəfər dünyasını dəyişib:
“Hazırda məsələ barədə araşdırma aparılır. Avtomobil elektrik dirəyinə çırpılıb və iki yerə bölünüb. Qəzada həlak olanlar gənclərdir. Vəfat edənlərdən üçü dost olublar. Digər şəxs isə avtomobil təmir ustası olub. Hadisə ilə bağlı cinayət işi başlanılıb. Faktla bağlı Xətai rayon Polis idarəsində araşdırma aparılır”.
İlhamə Əbülfət
www.ÇıxışYolu.Com