Bu gün axşam saatlarında 20 Yanvar metro stansiyası yaxınlığında qəza baş verib.
ÇıxışYolu.Com-ın verdiyi xəbərə görə, qəzaya səbəb “Hyundai” markalı avtomobilin sürət həddini aşması olub.
Hadisə nəticəsində 4 avtomobilə ciddi ziyan dəyib, yol nişanı aşıb. Qəzaya səbəb olan “Hyundai” markalı avtomobilin sürücüsü isə hadisə yerindən qaçıb.
Göndərdi: Sakif Səttarov