ÇıxışYolu.Com - Bakıda iş adamına basqın edən şəxs azadlıqdan məhrum edildi

ÇıxışYolu.Com – Bakıda iş adamına basqın edən şəxs azadlıqdan məhrum edildi

Baxış sayı: 2. 199 dəfə baxılıb.

ÇıxışYolu.Com - Bakıda iş adamına basqın edən şəxs azadlıqdan məhrum edildi

Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Bəxtiyar Qayıbovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

ÇıxışYolu.Com-ın xəbərinə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 

Hökmə əsasən, B.Qayıbov 11 il müddətinə azadlıqdan məhrum edilib. 

Qeyd edək ki, hadisə bu il fevralın 16-da axşam saatlarında Nərimanov rayonu ərazisində baş verib. Həmin gün şirkətdən çıxıb “Tofaş Şahin” markalı avtomobilə əyləşmək istəyən iş adamı Mehman Alməmmədova basqın olub. Basqın zamanı B.Qayıbov içərisində 119 min manat olan çantanı götürüb aradan çıxmağa müvəffəq olub. Hadisədən sonra o, saxlanılıb. 

Məlum olub ki, B.Qayıbov içərisində 100-lük və 50-lik olan pul dolu çantadan bir ədəd 50 manatlıq götürə bilib.

Etibar Məmmədov
www.ÇıxışYolu.Com

ÇıxışYolu.Com yeniləndi!