ÇıxışYolu.Com - Bakıda itən azyaşlının valideynləri tapıldı

ÇıxışYolu.Com – Bakıda itən azyaşlının valideynləri tapıldı

Baxış sayı: 2. 694 dəfə baxılıb.

Bu gün 65 saylı marşrut xətti üzrə hərəkət edən avtobusda itkin düşən uşaq ailəsinə təhvil verilib.

ÇıxışYolu.Com-ın məlumatına görə, uşağın valideynləri 7-ci Polis Bölməsinə müraciət edərək övladını aparıb.

15:57

Bu gün saat 14:00 radələrində 65 saylı marşrut xətti üzrə hərəkət edən avtobusda 5-6 yaşlı oğlan uşağı tapılıb.

ÇıxışYolu.Com-ın məlumatına görə, azyaşlı avtobusla hara getməli olduğunu, yaşadığı ünvanı bilmədiyini deyib.

Hadisə barədə dərhal DİN 102 “Qaynar xətti”nə və yaxınlıqdakı polis bölməsinə bu barədə məlumat verilib.

Uşağı tanıyanlardan ailə üzvlərinə məlumat vermələrini xahiş edirik.

İlhamə Əbülfət
www.ÇıxışYolu.Com