ÇıxışYolu.Com - Bakıda kabel oğrusu saxlanıldı

ÇıxışYolu.Com – Bakıda kabel oğrusu saxlanıldı

Baxış sayı: 2. 428 dəfə baxılıb.

ÇıxışYolu.Com - Bakıda kabel oğrusu saxlanıldı

“Bakı Telefon Rabitəsi” MMC-nin Sabunçu rayonunda yerləşən 4 saylı xidmətlər mərkəzinin ərazisindən rabitə kabelləri kəsilərək naməlum şəraitdə oğurlanıb. 

ÇıxışYolu.Com xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Şöbəsi tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Bakı şəhər sakini Tariyel Vəliyev saxlanılıb.

Araşdırma zamanı saxlanılan şəxsin telefon qovşağına məxsus dirəklərdən ayrı-ayrı vaxtlarda ümumilikdə 500 metr kabeli oğurladığı müəyyən olunub.

Qeyd edək ki, T.Vəliyev oğurladığı kabeli yandıraraq mis halında əlvan metal qəbulu məntəqələrinə satıb. 

Faktla bağlı istintaq tədbirləri aparılır.

www.ÇıxışYolu.Com