ÇıxışYolu.Com - Bakıda maşın oğruları tutuldu

ÇıxışYolu.Com – Bakıda maşın oğruları tutuldu

Baxış sayı: 2. 359 dəfə baxılıb.

ÇıxışYolu.Com - Bakıda maşın oğruları tutuldu

Bakının Xətai rayonunda maşın oğruları ələ keçib.

DİN-dən ÇıxışYolu.Com-a verilən məlumata görə, Bakı şəhər sakini Abbas Cəfərov Xətai Rayon Polis İdarəsinə müraciət edərək ona məxsus “VAZ 2104” markalı avtomobilin naməlum şəraitdə qaçırıldığını bildirib. 

İdarə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Masallı rayon sakini Samir Əsgərov və İsmayıllı rayon sakini Haldun Səfərəliyev saxlanılıblar.

Onların ətraflarında keçirilən əlavə əməliyyat tədbirləri ilə dəstə üzvlərinin “Opel” və “VAZ 2104” markalı daha iki maşın qaçırdıqları, həmçinin ehtiyat hissələrinin satıldığı mağazalardan birindən 21 litr avtomobil yağı oğurladıqları da müəyyən edilib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, əməliyyat və istintaq tədbirləri davam etdirilir.

www.ÇıxışYolu.Com