ÇıxışYolu.Com - Bakıda tikinti işləri zamanı ətrafa toz-duman qalxdı

ÇıxışYolu.Com – Bakıda tikinti işləri zamanı ətrafa toz-duman qalxdı

Baxış sayı: 3. 656 dəfə baxılıb.

ÇıxışYolu.Com - Bakıda tikinti işləri zamanı ətrafa toz-duman qalxdı

Paytaxtın Həsən Əliyev küçəsində çoxmərtəbəli yaşayış binasının tikintisi çərçivəsində aparılan işlər zamanı ətrafa toz-duman yayılıb.

ÇıxışYolu.Com xəbər verir ki, tozun yayılması həmin ünvanda yaşayan və işləyənlərin narahatlığına səbəb olub.

Vətəndaşların verdiyini məlumata görə, tikinti şirkətinin işçiləri tikilməkdə olan binada yığılan qum və digər tullantıları beşinci mərtəbədən ərazidə olan yük maşınına doldurmağa çalışıblar. Onlar tullantıları birbaşa beşinci mərtəbədən aşağı buraxıblar.

Elə bunun nəticəsində ətrafı toz-duman bürüyüb.

Vətəndaşlar sözügedən faktla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlumat veriblər.

www.ÇıxışYolu.Com