Bakıda yetkinlik yaşına çatmayan bir qıza qarşı əxlaqsız hərəkətlər etməkdə şübhəli bilinən paytaxt sakini Rauf Süleymanov saxlanılıb.
ÇıxışYolu.Com-ın xəbərinə görə, araşdırma zamanı məlum ki, saxlanılan şəxs əsasən səhər saatlarında azyaşlılara və qadınlara hücum edərək onlara qarşı əxlaqsız hərəkətlər edib.
R.Süleymanov ifadəsində Xətai, eləcə də ətraf rayonların ərazisində 20-a yaxın qadına qarşı bu cür hərəkətlər etdiyini bildirib.
“Qarşıma mini ətəkdə qadın çıxanda qucaqlayıb buraxıram. Təxminən 20 qadına qarşı bu hərəkəti etmişəm. Təbi gələndə özümdən asılı olmur”, – deyə o bildirib.
Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 153.2 (əxlaqsız hərəkətlər, eyni əməllər on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.