ÇıxışYolu.Com - Bakıda universitetdə qan töküldü

ÇıxışYolu.Com – Bakıda universitetdə qan töküldü

Baxış sayı: 2. 749 dəfə baxılıb.

ÇıxışYolu.Com - Bakıda universitetdə qan töküldü

Universitet tələbəsini bıçaqlayanın atası saytımıza açıqlama verib. 

Universitetin 3-cü kurs tələbəsi Rəşad İbrahimovun atası Akif İbrahimov ÇıxışYolu.Com-a faktı təsdiqləyib:

“Bəli, doğrudur. Cavan uşaqlardır, mübahisə ediblər. Nəticədə, belə bir hadisə yaşanıb. Rəşadı saxlayıblar, bölmədədir. Mübahisənin nə üstündə yaşandığı bəlli deyil”.

12:27

Azərbaycan Pedaqoji Universitetinin tələbəsi 1996-ci il təvəllüdlü Nəbizadə Yusif Rəşid oğlu bıçaqlanıb. 

ÇıxışYolu.Com-ın məlumatına görə, hadisə ötən gün, dekabrın 3-də baş verib.

Yaralı təcili olaraq Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə, xəstəyə ilkin yardım göstərildikdən sonra onu Kliniki Tibbi Mərkəzə köçürüblər.

Kliniki Tibbi Mərkəzdən isə deyiblər ki, 1996-cı il təvəllüdlü Nəbizadə Yusif Rəşid oğlunun vəziyyəti orta ağır olaraq qalır:

“Xəstə dünən belin və sol döş qəfəsinin kəsilmiş-deşilmiş yaraları ilə daxil olub. Zəruri tibbi müdaxilələr olunub. Hazırda xəstəxanada müalicəsini davam etdirir. Vəziyyəti orta ağır olaraq qalır”.

Azərbaycan Pedaqoji Universitetinin mətbuat xidmətinin rəhbəri Mənsur İbrahimovun ÇıxışYolu.Com-a verdiyi məlumata görə, hadisə dünən universitet daxilində yaşanan insident zamanı qeydə alınıb:

“Universitetin Fizika və Texnologiya fakültəsinin tələbəsi İbrahimov Rəşad Akif oğlu ilə Filologiya fakültəsinin tələbəsi, 1996-cı il təvəllüdlü Nəbizadə Yusif Rəşid oğlu arasında mübahisə yaşanıb.

Mübahisə zəminində Rəşad Yusifə bıçaqla xəsarət yetirib. Hazırda məsələ polis tərəfindən araşdırılır. Araşdırmanın nəticələrindən asılı olaraq, hər iki tələbə haqqında Azərbaycan Dövlət Pedaqoji Universitetinin rəhbərliyi tərəfindən qanunvericiliyin normalarına uyğun olaraq ölçü götürüləcək”.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.

Qeyd edək ki, bu barədə xəbər ilk olaraq Publika.az saytında yayımlanıb.

Könül Cəfərli 
www.ÇıxışYolu.Com

ÇıxışYolu.Com yeniləndi!

.

.