“Hər ailə ağac əksin” devizi altında Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən başlanan aksiya 12 noyabr 2018-ci il tarixində Binəqədi rayonu və Mehdiabad, Zığ, Qala qəsəbələrində davam etdirilib.
Nazirliyin mətbuat xidmətindən ÇıxışYolu.Com-a verilən məlumata görə, ağac əkilməsinin təşviqi kampaniyasında vətəndaşlara ümumilikdə 8000-ə yaxın müxtəlif cinsli meyvə və həmişəyaşıl ağac tingləri paylanılıb.
Xatırladaq ki, 9 noyabr 2018-ci il tarixində Xırdalan şəhəri və Saray, Ramana, Hövsan qəsəbələrində “Hər ailə ağac əksin” devizi altında keçirilən aksiyada vətəndaşlara 6000-ə yaxın müxtəlif cinsli ağac tingi paylanılıb.
17 noyabr 2018-ci il tarixində kampaniya daha kütləvi xarakter alaraq məktəblərdə “Bir şagird bir ağac əksin və qorusun” devizi altında davam etdiriləcək.