ÇıxışYolu.Com - Bakının bir hissəsində qaz olmayacaq

ÇıxışYolu.Com – Bakının bir hissəsində qaz olmayacaq

Baxış sayı: 2. 680 dəfə baxılıb.

ÇıxışYolu.Com - Bakının bir hissəsində qaz olmayacaq

Bakının Sabunçu rayonunda təbii qazın verilişində məhdudiyyət olacaq.

ÇıxışYolu.Com “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir ki, istismarı dayandırılmış diametri 219 və 159 mm-lik qaz xəttinin ləğvi, qaz kəmərində aşkar olunmuş sızmanın ləğv edilməsi ilə əlaqədar noyabrın 30-u saat 10:00-dan təmir işləri yekunlaşanadək Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, İsmayılov, Bünyadov, Anaşkin və Ş.Kamilov küçələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Aparılan təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranacaq fasilə aradan qaldırılacaq. “Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

www.ÇıxışYolu.Com