ÇıxışYolu.Com - Bakının daha bir ərazisində sürüşmə baş verib

ÇıxışYolu.Com – Bakının daha bir ərazisində sürüşmə baş verib

Baxış sayı: 2. 844 dəfə baxılıb.

ÇıxışYolu.Com - Bakının daha bir ərazisində sürüşmə baş verib

Paytaxtın Zığ şosesində uçqun tipli sürüşmə prosesi baş verib.

Bu barədə ÇıxışYolu.Com-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətindən məlumat verilib. 


Xidmətdən qeyd edilib ki, bu gün Zığ şosesində uçqun tipli sürüşmə prosesi baş verib:

“Uçqun zamanı yol kənarına çəkilmiş istinad divarının 30 metr uzunluğunda olan hissəsi uçaraq cənub istiqamətində hərəkət edib. Divarın digər hissəsində qabarmalar müşahidə olunur. Piyada səkisində deformasiya və əyilmələr hiss edilir”.

İlhamə Əbülfət
www.ÇıxışYolu.Com