ÇıxışYolu.Com - Bakının mərkəzində yolun səki hissəsi çökdü

ÇıxışYolu.Com – Bakının mərkəzində yolun səki hissəsi çökdü

Baxış sayı: 2. 631 dəfə baxılıb.

ÇıxışYolu.Com - Bakının mərkəzində yolun səki hissəsi çökdü

Səməd Vurğun küçəsində inşa edilən yaşayış binasının tikintisi zamanı yolboyu səki kənarında  istinad divarları çəkilib.

ÇıxışYolu.Com-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında binanı inşa edən şirkətin – “Pilot İnşaat-A” MMC-nin icraçı direktoru Nuran Həsənzadə deyib.

Onun sözlərinə görə, yolun çökməsi yağışın yağması ilə əlaqəlidir:

“Şirkət tərəfindən tikinti boyunca istinad divarı çəkilib. Fikrimizcə, piyada səkisinin çökməsi yağış sularının borular vasitəsilə axıdılması və müəyyən qədər torpağı yumasıdır.  Nəticədə bu cür hadisə baş verib”.

15:44

Paytaxtın Səməd Vurğun küçəsində yolun səki hissəsi çöküb.

ÇıxışYolu.Com-ın məlumatına görə, ərazidə yeni tikili inşa olunan zaman yolun dayanıqlılığı təmin edilməyib.

Hazırda tikinti şirkəti tərəfindən yolun bərpası işləri davam etdirilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli ÇıxışYolu.Com-a bildirib ki, küçədə eni üç, uzunluğu 60 metr olan sürüşmə qeydə alınıb:

“Ərazidə yeni bina inşa edilir. Yolun dayanıqlığı və geoloji işlər aparılmadan tikinti işlərinə başlanılıb. Yolun sürüşməməsi üçün divar qurulmayıb. Yağış yağdıqda isə sürüşmə qeydə alınıb”.

Anar Nəcəfli qeyd edib ki, hazırda əraziyə dəymiş ziyanın məbləği hesablanır.

İlhamə Əbülfət

Foto: Ramil Zeynalov

www.ÇıxışYolu.Com