Bakının Sabunçu rayonunda avtomobil piyadanı vurub.
ÇıxışYolu.Com xəbər verir ki, hadisə Balaxanı qəsəbəsində baş verib.
99 CG 904 dövlət nömrə nişanlı “Chevrolet Aveo” markalı avtomobilin sürücüsü Bağırov Bağır Sabir oğlu yolu keçmək istəyən Bayramov Seymur Eyvaz oğlunu vurub.
Sürücü xəsarət alan piyadanı 3 saylı Sabunçu Rayon xəstəxanasına çatdırıb. Ona sağ gicgah nahiyəsinin sıyrılmış yarası diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
Elvin Nusrətoğlu, Elşad Mətləboğlu
www.ÇıxışYolu.Com