Çində polis qarət etdiyi evdən banan götürən oğrunu müəyyən edib.
ÇıxışYolu.Com xəbər verir ki, bununla bağlı “South China Morning Post” məlumat yayıb.
Polis onlarla kənd evini qarət edən şəxsi uzun müddət axtarıb. Oğrunun tapılmasını çətinləşdirən cəhətlərdən biri də cinayət hadisələrinin təhlükəsizlik kameralarının az yerləşdirildiyi rayonlarda baş tutması olub.
Oğrunun müəyyən edilməsi isə təsadüfən baş verib: zərərçəkmişlərdən biri deyib ki, qarətdən sonra onun evindəki masada olan banan yoxa çıxıb. Polis kamerada əks olunmuş videoları izləyib və cinayətkarı müəyyən edib. Elektroskuterdə olan oğru qarət etdiyi evin yaxınlığında yediyi bananın qabığını zibil qutusuna atıb.
Polis oğrunu müəyyən edib və onu şəhərin internet-kafelərindən birində yaxalayıb. O, əməlini etiraf edib.
ÇıxışYolu.Com yeniləndi!