UEFA Çempionlar Liqasının üçüncü turunun oyunları keçirilib.
ÇıxışYolu.Com xəbər verir ki, “Barselona” öz meydanında “İnter”ə qalib gəlib.
“Qalatasaray” isə İstanbulda “Şalke” ilə heç-heçə oynayıb.
Borussiya (Dortmund) – Atletiko 4:0
Barselona – İnter 2:0
Liverpul – Srvena Zvezda 4:0
PSJ – Napoli 2:2
Qalatasaray – Şalke 0:0
Lokomotiv (Moskva) – Porto 1:3
23.37
UEFA Çempionlar Liqasının üçüncü turunun iki oyunu başa çatıb.
ÇıxışYolu.Com xəbər verir ki, “Brügge” öz meydanında “Monako” ilə heç-heçə edib.
Qarşılaşmanın 31-ci dəqiqəsində qonaqlar hesabı açsalar da, səkkiz dəqiqə sonra meydan sahibləri tarazlığı bərpa edib. Oyun 1:1 hesabı ilə yekunlaşıb.
PSV isə öz meydanında “Tottenhem”lə “sülh” bağlayıb – 2:2. Hollandiya klubunu oyunun 87-ci dəqiqədə vurulan qol məğlubiyyətdən xilas edib.