Dünya şöhrətli ifaçı Beyons azərbaycanlı dizayner Rüfət İsmayılın kolleksiyasına müraciət edib.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə Rüfət özü sosial media hesabında məlumat verib.
“Beyonsu 2019-cu ilin dəbli idman geyimində görmək məni həyəcanlandırdı”, – deyə Rüfət yazıb.
Qeyd edək ki, Rüfət İsmayıl “Affair” brendinin yaradıcısıdır. Ötən aylarda Nyu-York Moda Həftəsində onun geyimləri nümayiş olunmuşdu.