Biləsuvar rayonu ərazisində 33 ədəd partlamamış hərbi sursat aşkar olunub.
Bu barədə ÇıxışYolu.Com-a Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.
Bildirilir ki, ANAMA mütəxəssisləri və Biləsuvar rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Mahmudçala” ovçuluq təsərrüfatının ərazisində baxış keçirilib.
Aşkar olunan partlamamış hərbi sursat zərərsizləşdirilməsi üçün götürülərək ANAMA-nın mərkəzi məhvetmə ərazisinə daşınıb.
Ərazinin partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.