Dünən Abşeron rayonunun Novxanı kəndində dənizdə iki nəfər batıb.
ÇıxışYolu.Com-ın məlumatına görə, suda boğulan şəxslərin hər ikisi Cəlilabad rayon sakinləridir.
Məlumata görə, 2000-ci il təvəllüdlü Hüseynov Fərid Ələddin oğlu suda boğulmamaq üçün mübarizə aparıb və sahilə çıxmağa müvəffəq olub. Ancaq əcəl onu sahildə haqlayıb.
Digər şəxs – 1999-cu il təvəllüdlü Bağırzadə Nazim Hətəm oğlunun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Hər iki şəxs birinci kurs tələbəsi olub. Onlar Cəlilabaddan paytaxta təhsil almaq üçün gəliblər.
Qeyd edək ki, boğulanlardan biri – Nazim Bağırzadə Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsinin tələbəsi olub.
İlhamə Əbülfət
www.ÇıxışYolu.Com