ÇıxışYolu.Com – Boks millimizə yeni baş məşqçi təyin olundu

Baxış sayı: 2. 301 dəfə baxılıb.

ÇıxışYolu.Com - Boks millimizə yeni baş məşqçi təyin olundu

Kişi boksçulardan ibarət Azərbaycan yığmasında baş məşqçi dəyişikliyi rəsmiləşib. 

ÇıxışYolu.Com xəbər verir ki, komandamız təcrübəli mütəxəssis Vaqif Şirinova həvalə edilib.

O, bu postda ukraynalı Leonid Loivskini əvəzləyib. Şirinov ən azı 2020-ci ildə keçiriləcək Tokio Yay Olimpiya Oyunlarının sonunadək millimizin “sükanı arxasında” olacaq. Komandamızda böyük məşqçi funksiyasını isə yenə də Nəriman Abdullayev yerinə yetirəcək.

Qeyd edək ki, Vaqif Şirinov bu təyinatadək gənclərdən ibarət yığmamıza rəhbərlik edirdi.

Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com