ÇıxışYolu.Com – “CBC Sport”un rəhbəri infarkt keçirdi

Baxış sayı: 3. 015 dəfə baxılıb.

“CBC Sport” telekanalının rəhbəri Volkan Üst infarkt keçirib.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə onun həyat yoldaşı Özge Uzun sosial media hesabında məlumat yayıb.

“Biz həyatımızın geri qalan hissəsinin ilk gününü yaşayırıq. Volkan ağır infarkt keçirdi. Sərhədə qədər getdi, baxıb geri qayıtdı. Reanimasiyada günə yaxşı oyandıq. Qızımızla da danışdıq. Ona bildirdik ki, bir müddət evə gələ bilməyəcəyik”, – deyə Özge bildirib.

Qeyd edək ki, hazırda Volkan Üstün vəziyyəti normallaşıb.

Onu da bildirək ki, 2004-cü ildə evlənən cütlük 2014-cü ildə boşanmışdı. Onlar iki illik ayrılıqdan sonra yenidən 2016-cı ildə barışıblar.

Cütlüyün Dağhan ilə Ömür Siva adlı iki övladı var.

.
www.ÇıxışYolu.Com