ÇıxışYolu.Com – Çində kişi qaçırdığı avtobusu piyadaların üstünə sürdü

Baxış sayı: 3. 684 dəfə baxılıb.

ÇıxışYolu.Com - Çində kişi qaçırdığı avtobusu piyadaların üstünə sürdü

Çinin şərqində yerləşən Futsyan əyalətində bıçaqla silahlanmış kişi marşrut avtobusunu qaçırıb və sərnişinləri girov götürüb.

ÇıxışYolu.Com xəbər verir ki, hadisənin görüntüləri “Guancha.cn” saytında yer alıb.

Həmin şəxs avtobusu piyadaların üzərinə sürərək beş nəfəri, o cümlədən, bir polis əməkdaşını vurub öldürüb. Hadisə nəticəsində 21 nəfərin yaralandığı bildirilir.

Cinayətkar hadisəni törətdikdən sonra polis tərəfindən saxlanılıb. Törətdiyi əməlin motivləri məlum deyil.

www.ÇıxışYolu.Com